Mahir Şükürov sözünü növbəti turlarda deyəcək
04.04.2010 - 15:23
Mahir Şükürov sözünü növbəti turlarda deyəcək
“Mən oyuna tam hazır idim. Əvvəlki turda cəzalı olduğumdan komandama kömək edə bilməmişdim. “Alaniya” ilə görüşə isə tam hazır idim. Nədənsə baş məşqçi məni meydana buraxmadı”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının və “Anji” klubunun futbolçusu Mahir Şükürov deyib.

Dünən Rusiya çempionatında “Alaniya” ilə görüşdə ehtiyatda qalan həmyerlimiz bildirib ki, növbəti turlarda öz sözünü deyə biləcək: “Sevinirəm ki, çempionatda ilk qalibiyyətimizi qazandıq. Oyun çox gözəl alındı. İnşallah, gələn tur mən də meydana çıxıb, qalibiyyətin dadına baxaram. İnanmıram ki, baş məşqçi yerimə digər müdafiəçi təyin etsin. Meydana çıxmasam da, hər gün məşq edirəm ki, formada qalım. Gələn turlarda meydana çıxıb öz sözümü deyəcəm”.