“İnter” oyundan, “Bakı” hakimlikdən narazı qaldı
04.04.2010 - 17:18
“Turnir cədvəlində vəziyyətimiz elə idi ki, ancaq qələbə qazanmalı idik. Uşaqların göstərdiyi oyundan və onların əzmkarlığından razı qaldım”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun məşqçisi Məqsəd Yaqubəliyev deyib.
Unibank Premyer Liqasının XXVI turunda “İnter”lə çətin səfər qarşılaşmasını 1 xalla (1:1) başa vuran paytaxtın eyniadlı təmsilçisinin çalışdırıcısı bildirib ki, komandası qələbəyə layiq idi: “Hesab edirəm ki, qələbəyə layiq komanda biz idik. 3-4 qol şansından yararlana bilmədik”.
Yaqubəliyev görüşə təyinat alan Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadasına da “sataşıb”: “Hakimlərin belə oyunlarda səhvlər etməsi doğru deyil. Daha yaxşı oyun idarə etməli idilər. Laynsmanlarla baş hakimin fikirləri üst-üstə düşmürdü. Oyun ərzində əleyhimizə bir neçə dəfə qərar qəbul olundu”.
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze isə oyunsonrası mətbuat konfransında bir cümlə söyləyib: “Oyundan və nəticədən razı qalmadım”.

0
0