Milli komandamız sabah “Bayer”lə qarşılaşacaq
04.04.2010 - 17:44
İtaliyanın Olbia şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində sabah növbəti oyununu keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən xəbərinə görə, Almaniyanın “Bayer” (Leverkuzen) klubu ilə görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
0
0