Hava, su kimi vacib qələbə!
04.04.2010 - 20:07
“Bu oyunda qələbə bizə hava, su kimi lazım idi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur.
Unibank Premyer Liqasının XXVI turunda səfərdə “Karvan” üzərində qazanılan qələbədən (2:1) sonra Sumqayıt təmsilçisinin çalışdırıcısı nəticədən sevindiyini bildirib: “Qalib gələ bildiyimiz üçün şadam, komandanı təbrik edirəm. Bir çox qol imkanları yaratsaq da, onların hamısından istifadə edə bilmədik”.
Hacıyevin “Karvan”dakı həmkarı Yunis Hüseynov isə məğlubiyyətə görə məsuliyyət daşıdığını söyləyib: “Öncə qələbə münasibəti ilə "Standard"ı təbrik edirəm. İlk hissənin əvvəlində yaratdığımız epizodda fərqlənə bilsəydik oyun başqa cür alınardı. Oyun boyu əldə etdiyimiz imkanları boşa xərclədik. Komandanın son pillədə olmasını, baş məşqçi kimi öz üzərimə götürürəm”.

0
0