Ponomaryov meydandan kənarda sevindi
05.04.2010 - 09:22
Türkiyə çempionatının birinci dəstəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryovun çıxış etdiyi “Orduspor” klubu “Çaykur Rizəspor”u qəbul edib.
Meydan sahibləri bu qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu “Orduspor” 88-ci dəqiqədə penaltidən vurub. Ponomaryov bu qola ehtiyat oyunçular skamyasından sevinib. Belə ki, start heyətində meydana çıxan 28 yaşlı hücumçu 69-cu dəqiqədə əvəzlənib. Türkiyəli həmkarlarımız onun oyununu iki ulduzla dəyərləndirib.
Qeyd edək ki, 29 turdan sonra hesabında 36 xal olan “Orduspor” 10-cu pillədə qərarlaşıb.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0