“Xəzər-Lənkəran” tilsimi birdəfəlik sındırdı
05.04.2010 - 09:54
“Xəzər-Lənkəran” “Qarabağ” tilsimini birdəfəlik qırdı. Apasport.az saytının hesablamalarına görə, cənub təmsilçisi ölkə çempionatında 585 gündən sonra Ağdam təmsilçisi üzərində qazandı.
Bu, Unibank Premyer Liqasının XXVI turunda Lənkəranda qazanılan 2:1 hesablı qələbə sayəsində gerçəkləşdi. Düzdür, cənub təmsilçisi iki həftə öncə “Qarabağ”ı evdə məğlub edə bilmişdi. Ancaq həmin 1:0 hesablı qələbə Azərbaycan kuboku uğrunda qazanılmışdı və bu, yarımfinala vəsiqəyə imkan verdi. İndi “Xəzər-Lənkəran” “Qarabağ”ı ölkə daxilində hər iki turnirdə yenməklə, tilsimə birdəfəlik son qoydu.
“Xəzər-Lənkəran” arxada qalan iki ildə “Qarabağ”la dalbadal 6 oyunda heç cür qələbə qazana bilmirdi. Maraqlıdır ki, lənkəranlılar rəqibi üzərində çempionatda bunadək sonuncu qələbəni də məhz indiki baş məşqçisi Ağasəlim Mircavadovun dövründə əldə etmişdi. Bu, 2008-ci ilin avqustun 26-da Lənkəranda 2:0 hesablı qalibiyyət idi. Düzdür, Mircavadov cəzalı olduğu üçün “Qarabağ”la son oyunda texniki zonada ola bilməsə də, hər halda, komandanı oyuna hazırlaşdırmışdı.

0
0