Azərbaycan futbolunda növbəti qalmaqal: Emin Quliyev dava saldı
05.04.2010 - 11:18
Azərbaycan futbolunda növbəti qalmaqal baş verib. Apasport.az saytının xəbərinə görə, Unibank Premyer Liqasının dünən Yevlaxda keçirilən “Karvan” – “Standard” matçından sonra qalmaqal yaşanıb.
Hakimin final fitindən sonra qəzəbli olan Emin Quliyev (“Karvan”) qırmızı vərəqə almasında əsas günahkar kimi gördüyü “Standard”ın futbolçusu Murad Ağakişiyevin üzərinə hücum edib və onunla haqq-hesab çürütməyə çalışıb. Tərəflər əvvəlcə mübahisə etməyə başlayıblar. Mübahisənin əlbəyaxaya davaya keçməsinə futbolçuların komanda yoldaşları mane olublar.
Quliyevlə Ağakişiyev futbolçuların əhatəsindən çıxmaqla bir-birilərinin üzərinə gəlsə də, onları sakitləşdirmək mümkün olub. İnsidentdən sonra Ağakişiyev “Karvan”ın baş məşqçisi Yunis Hüseynova yaxınlaşaraq, Eminin meydandan qovulmasında günahkar olmadığını bildirib.

0
0