Mahmud Qurbanovu “məcburi təqaüdə” çıxartdılar: Düzdür, yaşım az deyil
05.04.2010 - 13:11
"İnter"ə qarşı oynamamağımın zədə ilə heç bir əlaqəsi yoxdur. Meydana çıxmamağımın səbəbini özüm də bilmirəm. Əlbəttə, komandaya kömək etməyə hər zaman hazıram. Sadəcə, hələ dincəlirəm. Yəqin ki, məşqçilər belə istəyirlər. Qarşıda turlar var. İnşallah, çıxıb sözümüzü deyəcəyik". Bu sözləri apasport.az saytına açıqlamasında "Bakı"nın yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
37 yaşlı futbolçu Azərbaycan çempionatında oynamağın çətin olmadığını bildirib: “Azərbaycan çempionatında oynamaq çətinlik törətmir. Bəlkə də, bəziləri bunu qəbul etməyə bilər. Düzdür, yaşım az deyil. Amma oynamaq, mübarizə aparmaq, komandama xeyir vermək istəyirəm".
Qeyd edək ki, Mahmud 10 qat Azərbaycan çempionu olmaqla rekord müəyyənləşdirib.

0
0