Saşa Yunisoğlu - 84
05.04.2010 - 13:41
Saşa Yunisoğlu - 84
Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlu Unibank Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçi 1992-ci ildən keçirilən ölkə çempionatları ərzində vurulan 84-cü avtoqolun müəllifi olub.

Çıxış etdiyi “Bakı” klubunun “İnter”lə səfər matçında “fərqlənən” Saşa mövsümdə 8-ci belə hadisənin də səbəbkarı olub. Bu isə 1992 və 2003/04 mövsümlərində qeydə alınan nəticənin təkrarıdır. Həmin birinciliklərdə də 8 dəfə futbolçu öz qapısına qol vurmuşdu.

Mütləq rekord isə 2005/06 mövsümündə qeydə alınıb. Dörd il əvvəlki yarış zamanı 9 avtoqol müşahidə olunmuşdu. Bu rekordun bir addımlığında olan cari mövsümün 6 turu hələ qabaqdadır. Baş tutacaq 36 görüşdə cəmi 1 oyunçunun qapıları səhv salması, rekordun təkrarlanmasına şərait yaradacaq.

Azərbaycan çempionatları: mövsümlər, avtoqollar

mövsüm

Avtoqol

1992

8

1993

2

1993/94

0

1994/95

2

1995/96

3

1996/97

1

1997/98

5

1998/99

4

1999/2000

4

2000/01

7

2001/02

2

2003/04

8

2004/05

7

2005/06

9

2006/07

6

2007/08

5

2008/09

3

2009/10

8

Cəmi

84