“Xəzər-Lənkəran”da maraqlı tendensiya
05.04.2010 - 14:09
“Xəzər-Lənkəran” legionerləri İvan Svetkovla Mario Souza maraqlı tendensiyanı davam etdirirlər. Apasport.az saytının hesablamalarına görə, bolqar və braziliyalı futbolçular eyni oyunda qol vurmağı sevirlər. Özü də adətən Svetkov ilk qol vurur, Souza da bunun davamını gətirir.
Bu tendensiya Unibank Premyer Liqasının son turunda “Qarabağ”la ev oyununda da müşahidə olundu. İvan penalti zərbəsi ilə hesabı açdı, daha sonra Mario “Xəzər-Lənkəran”ın üstünlüyü artırdı. “Qarabağ” hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmadı – 1:2.
Cari mövsümdə Azərbaycan kubokunda fərqlənməyən Svetkov 6 qolun hamısını Premyer Liqada vurub. Bunların yarısında Souza ona şərik olub. Yəni, “Xəzər-Lənkəran”ın “Qarabağ”la görüşünədək “Bakı” (3:0) və “Muğan”la (2:1) səfər oyunlarında İvan-Mario dueti fərqlənib. Onlar bu il ilk qollarını vurdular. Legionerlər sonuncu dəfə də elə birgə, ötən il son turunda Salyanda fərqlənmişdilər.
Maraqlıdır ki, Souza Svetkovdan çox qol (8) vursa da, bolqar həmkarından fərqli, cari mövsümdə daim əsas heyətdə oynamır. Ötən ilin noyabrında parlaq oyun göstərərək, PFL və “Unibank”ın birgə ayın futbolçusu seçdiyi Mario bundan sonra kölgəyə düşdü. Nəticədə əsas heyətdə yerini itirən braziliyalı yalnız son iki turda ilk dəqiqələrdən meydana çıxıb. Ötən mövsüm bombardirlər yarışında yalnız uruqvaylı həmkarı Valter Quqlemondan geri qalan Svetkov isə indi həmin məhsuldarlığı nümayiş etdirməsə də, hər halda, fərqləndiyi oyunlarda komandasının qələbəsinə töhfə verir.
Qeyd edək ki, ikinci ildir ölkəmizdə oynayan İvan ötən mövsümün həm ən yaxşı hücumçu, həm də ən yaxşı futbolçu seçilərək, PFL-nin bununla bağlı iki mükafatını alıb.

0
0