Yığmamızın futbolçusu A seriyasında qaldı
05.04.2010 - 14:24
Braziliyanın Rio-de-Janeyro ştatının çempionatı – Kariokada növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ikinci mərhələsi Quanabara kubokunun qrup mərhələsinə yekun vurulub.
Azərbaycan yığmasının sabiq futbolçusu Leandro Qomeşin formasını geyindiyi “Amerikano” öz meydanında “Resende”ni 2:0 hesabı ilə məğlub edib. Bu uğurlu sonluq 35 yaşlı hücumçunun komandasına güclülər dəstəsində qalmaq üçün kifayət edib. Birinci mərhələ sayılan Rio kubokundakı uğursuz çıxışdan sonra özünə gələn və mövsümə 3 baş məşqçi dəyişən “Amerikano” mövsümü 12-ci pillədə bitirib.
15 oyundan sonra 4 qələbə, 2 heç-heçə və 9 məğlubiyyəti olan Qomeşin komandası 14 xal toplayıb. Onlar 16 komandadan 4-nü qabaqlamaqla gələn ildə də A seriyasında oynamaq hüququ qazanıb.
Qeyd edək ki, “Resende”yə məğlub olacaqları halda, “Amerikano” futbolçuları 15-ci yeri tutacaqdı.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0