“Bakı”nın baş məşqçisi Azərbaycan futboluna rekordla gəldi
05.04.2010 - 15:07
“Bakı” klubunun yeni baş məşqçisi Cüneyt Biçer Unibank Premyer Liqasında yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis cari mövsüm Azərbaycan çempionatının güclülər dəstəsində meydana komanda çıxarmış ən gənc baş məşqçi olub.
Bu il oktyabrın 27-də 35 yaşını qeyd edəcək Biçer özündən 3 yaş böyük olan Qurban Qurbanova məxsus rekordu yeniləyib.
Bu il oktyabrın 27-də 35 yaşını qeyd edəcək Biçer özündən 3 yaş böyük olan Qurban Qurbanova məxsus rekordu yeniləyib.
Baş məşqçi | klubu | Təvəllüdü |
Ağasəlim Mircavadov | Xəzər-Lənkəran | 1947 |
Böyükağa Ağayev | Neftçi | 1947 |
Roman Pokora | Simurq | 1948 |
Qyoko Hacievski | Bakı | 1955 |
Böyükağa Hacıyev | Standard | 1958 |
Vaqif Sadıqov | Neftçi | 1959 |
Əsgər Abdullayev | Olimpik-Şüvəlan | 1960 |
Kemal Əlispahiç | Muğan | 1965 |
Məqsəd Yaqubəliyev | Bakı | 1965 |
Nazim Süleymanov | Bakı, Olimpik-Şüvəlan | 1965 |
Yunis Hüseynov | Karvan | 1965 |
Valdas Ivanauskas | Standard | 1966 |
Nizami Sadıqov | Turan | 1967 |
Bülənt Korkmaz | Bakı | 1968 |
Kaxaber Sxadadze | İnter | 1968 |
Ramiz Məmmədov | Qəbələ | 1968 |
Almir Hurtiç | Muğan | 1970 |
Arif Əsədov | Neftçi | 1970 |
Elbrus X.Məmmədov | Standard | 1971 |
Qurban Qurbanov | Qarabağ | 1972 |
Cüneyt Biçer | Bakı | 1975 |
0
0