Jaba Lalindən geri qalmadı
05.04.2010 - 15:16
“Bakı” klubunun braziliyalı hücumçusu Jaba “Xəzər-Lənkəran”da oynayan honduraslı həmkarı Allan Lalinin rekorduna şərik çıxıb. Apasport.az saytının hesablamalarına görə, hər iki legioner debüt mövsümlərini keçirdikləri çempionatımızda ən erkən qolların müəllifləridir.
Jaba Unibank Premyer Liqasının XXVI turunda “İnter”lə səfər oyununda 1-ci dəqiqədə serb müdafiəçi Milan Zaqoratsın kobud səhvindən sonra başla topu qapıdan keçirdi. Ancaq bundan 16 dəqiqə sonra “Bakı”nın müdafiəçisi Saşa Yunisoğlunun avtoqolu “Şəfa” stadionundakı görüşdə hesabdakı üstünlüyün və sonda qələbənin əldən verilməsi ilə nəticələndi – 1:1.
Lalin də braziliyalı kimi səfər oyununda 1-ci dəqiqədə fərqlənsə də, onun dublu sonda qələbəyə gətirib çıxarıb. Belə ki, “Xəzər-Lənkəran” ötən il, hələ ilk dövrədə “Standard”ı Sumqayıtda məhz Allanın qolları ilə yenib – 2:1. Hər iki legioner bombardirlər yarışında fəallığı ilə diqqət çəkir. Belə ki, Jaba (9 qol) liderlərdən 2, Lalin (8 qol) isə 3 top geri qalır.
Qeyd edək ki, “Qəbələ”nin legioneri Tomaş Stolpa çempionatda 1-ci dəqiqənin antirekorduna imza atıb. Polşalı hücumçu “Qarabağ”la ikinci dövrənin ev oyununda (1:1) ilk dəqiqədə sarı vərəqə alıb ki, bunu da futbolda nadir hal saymaq olar. Özü də Stolpaya bu cəza baha başa gəlib. Belə ki, həmin görüşdə komandasının qolunun müəllifi olan Tomaş daha sonra ikinci sarı alaraq, meydandan qovulub.

0
0