“Neftçi” də hakimləri günahlandırır
05.04.2010 - 16:51
Bakının “Neftçi” klubu hakimlərin köməyinə ehtiyacı olmaları ilə bağlı gəzən söz-söhbətləri əsassız sayır. Apasport.az saytının məlumatına görə, beşqat ölkə çempionu buna bariz nümunə kimi Unibank Premyer Liqasının XXVI turunda “Qəbələ”yə uduzduğu (1:2) ev oyununu göstərib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu son oyunlarla bağlı fikirlərində İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən görüşdəki hakimliyə toxunub: “Son vaxtlar KİV-də belə bir fikir formalaşıb ki, guya hakimlər “Neftçi”yə kömək edirlər. “Qəbələ” ilə son oyun bir daha göstərdi ki, bu fikir qətiyyən düzgün deyil. Oyun zamanı baş hakimin verdiyi qərarlardan da görünür ki, bu cür söz-söhbətlər mənasızdır. Rəqib komanda hesabda öndə olarkən, açıq şəkildə vaxtı uzatmağa çalışırdı. Görüşün baş hakimi isə belə epizodlarda bir dəfə də olsun əlini cibinə salmadı. “Neftçi”nin hücumçusu Vladimir Voskoboynikovun “Fair Play” qaydalarına əməl etmədiyi epizodda rəqib futbolçu açıq-aşkar şəkildə onu vuraraq, kobudluq etdi. “Qəbələ”nin digər futbolçuları da Vladimirə yaxınlaşıb, ona zərbələr endirdilər. Lakin referi heç bir futbolçuya vərəqə göstərmədi”.
Əşrəfoğlu bildirib ki, son illər AFFA rəhbərliyinin Azərbaycan futbolunun inkişafı naminə göstərdiyi qayğı öz bəhrəsini verir: “Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Premyer Liqası olduqca baxımlı və gərgin mübarizələrə səhnə olur. “Neftçi” Azərbaycanın ən köklü klubu, ölkə futbolunun bayraqdarıdır. Flaqmanın tarixində böyük uğurlarla yanaşı, məğlubiyyətlər də olub. Sadıq Sadıqov komandanın prezidenti olduqdan sonra, “Neftçi”ni ilk “altılığ”a düşmək uğrunda 5 çətin oyun gözləyirdi. Bunlardan 4-ü ilk altılıqda yer alan klublara qarşı idi. Bütün çətinliklərə baxmayaraq, komanda “altılığ”a vəsiqə qazana bildi. “Neftçi” mövsümün sonunadək yüksək yerlər uğrunda mübarizəni davam etdirəcək. Flaqman uğurlarını daim öz gücü hesabına qazanıb. İndiyədək belə olub, bundan sonra da belə olacaq”.

0
0