Aqil Nəbiyev: Risk etmək istəmirəm
05.04.2010 - 19:43
“Zədəm ciddidir, ayağımı yerə basa bilmirəm. Ona görə də məşqlərdə iştirak etmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” müdafiəçisi Aqil Nəbiyev deyib.
Sol ayaq topuğundan zədələnən futbolçu “Muğan”la keçiriləcək oyunda oynamaq niyyətində olmadığını bildirib: “Karvan”la oyundan bir gün öncə keçirilən məşqdə ciddi zədə aldım. Zədəli olsam da, oyuna iynə ilə çıxdım. Ancaq həmin oyunun 10-cu dəqiqəsində ayağım burxuldu zədəm daha da pisləşdi. Hazırda müalicəm davam edir. Klub həkimlərindən başqa “Gömrük” xəstəxanasında fizioterapiya kursu keçirəm. Həkimlər “Muğan”la oyuna qədərə sağalacağımı deyirlər. “Muğan”la görüşdə risk edib, oynamaq istəmirəm”.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0