“Xəzər-Lənkəran” güclü olsa da, məğlubedilməz deyil”
05.04.2010 - 23:01
“Xəzər-Lənkəran” güclü olsa da, məğlubedilməz deyil”
“Zədəm tam bərpa olunduqdan sonra oynamağım daha yaxşıdır. Çox güman ki, kubok oyunlarına qədər tam sağalacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun kapitanı Aqil Nəbiyev deyib.

28 yaşlı müdafiəçi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Xəzər-Lənkəran”a oyuna qədər tam hazır olacağını deyib: “Həmin görüşədək 1-2 oyunda meydana çıxıb formamı bərpa etməliyəm. Hazır olmadan kubok oyununa çıxmağım düz olmaz”.

Nəbiyev komandasının ölkə kubokundakı şansını da dəyərləndirib. O, ilk oyunu evdə keçirmələrini üstünlük hesab etmir: “İlk oyunun səfərdə olmasını istərdim. Səfərdəki oyunlarda özümüzü daha rahat hiss edirik. Birinci oyundan sərfəli nəticəli dönüb, evdə məsələni həll etmək olar. “Xəzər-Lənkəran” güclü komandadadır, amma məğlub edilməz deyil. Çempionat oyunda evdə onları məğlub etmişdik. Hər iki komandanın final çıxmaq şansı eynidir”.