“Barselona” üçün növbəti şok
05.04.2010 - 23:07
Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab matçı ərəfəsində “Barselona” növbəti şoku yaşayıb. Apasport.az saytının xəbərinə görə, Primeronun 30-cu turu çərçivəsində “Atletik”lə oyundan əvvəl isinmə hərəkətləri edən Kataloniya təmsilçisinin isveçli hücumçusu Zlatan İbrahimoviç sağ ayağını zədələyərək sıradan çıxıb.
O, ÇL-in oyununda komandasına kömək edə bilməyəcək. Hətta İbrahimoviçin bu həftəsonu keçiriləcək “Real”la oyunu buraxacağı bildirilir. Xatırladaq ki, İngiltərədəki ilk qarşılaşmada adıçəkilən forvard dubl etmişdi.
İbrahimoviçdən başqa, “Arsenal”la oyunu cəzalı futbolçular Xerard Pike və Karles Puyol kənardan izləyəcək. Kot d’İvuarlı yarımmüdafiəçi Yaya Turenin vəziyyəti isə sual altındadır.
Bu vacib görüş ərəfəsində “Arsenal”da da vəziyyət acınacaqlıdır. “Topçular”ın fransız baş məşqçisi Arsen Venger zədə səbəbindən müdafiəçi Vilyam Qallas və yarımmüdafiəçilər Fransesk Fabreqasla Andrey Arşavinin köməklərindən istifadə edə bilməyəcək.

0
0