Bernard Lippert: Hücumda kəsərli oynaya bilmədik
05.04.2010 - 21:41
Bernard Lippert: Hücumda kəsərli oynaya bilmədik
“Sevindirici haldır ki, qol buraxmadıq. Avropa çempionatının elit-raundunda müdafiəyə xüsusi diqqət yetirəcəyik və bu gün arxa xətdə sabit oynadıq. Topa biz daha çox sahib olsaq da, hücumda o qədər də kəsərli oynaya bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.

Bu gün Leverkuzen “Bayer”inin nəzdindəki müvafiq yaş qrupundan ibarət komanda ilə görüşdə qazanılan 1:0 hesablı qələbədən sonra Lippert bildirib ki, oyundan razı qalıb: “Amma unutmaq lazım deyil ki, “Bayer”in 3 futbolçusu yığmanın, 1 oyunçusu isə əsas komandanın düşərgəsində olduğu üçün bizə qarşı oynamadı. Faydalı yoxlama oyunu idi və qarşılaşma bizim nəzarətimiz altında keçdi”.

affa.az