“Biz total futbola üstünlük veririk və xeyrini görürük” - MÜSAHİBƏ
05.04.2010 - 23:46
Cari mövsümdə “Qəbələ” uğurlu çıxış edir. Xüsusilə də uğurlu sözünü onların birinci “altılıq”dakı oyunlarına aid etmək olar. Son 3 turda 7 xal toplayan “Qəbələ” yenidən avrokuboklara mübarizə aparmağa iddialı olduğunu göstərdi. “Neftçi”ni səfərdə məğlub edən əyalət təmsilçisinin baş məşqçisi Ramiz Məmmədovun bu uğurda nə qədər pay sahibi olduğunu söyləməyə ehtiyac yoxdur. Onunla görüşdən sonra söhbət etmək istədiyimizi deyəndə etiraz etmədi. Matçdan sonra yaxınlaşdıqda o qələbə münasibəti ilə təbrikləri qəbul edirdi. Elə ilk sualımızı da məhz bununla bağlı verdik.
- Qələbə münasibəti ilə sizi təbrik edirik. Bilmək olarmı, siz indi kiminlə danışırdınız?
- Bilirsiniz ki, bizim 13 yaşlı futbolçulardan ibarət komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak edir. Onlar ilk görüşdə uğur qazanmışdılar. Bu gün isə məğlub olublar. Mənə zəng etdilər ki, bəs məğlubiyyətdən sonra əhval-ruhiyyəmiz korlanmışdı. Sizin qələbə qazanmağınız bizə ruh yüksəkliyi gətirdi. Eyni zamanda bütün komanda üzvləri bizi təbrik etdilər.
- Yəqin ki, siz də o komandanı yaxından izləyirsiniz?
- Bəli. “Qəbələ”nin 4 səviyyəli uşaq məşqçisi gətirdiyi bilirsiniz. Əli Yavaş başda olmaqla, bizim klubda uşaq futbolu ilə bağlı böyük işlər görülür. Biz ilk gündən birgə işləyirik. Həm də biz çalışırıq ki, onlar özlərini qərib hiss etməsinlər. İnanıram ki, birgə işimizin nəticəsini gələcəkdə görəcəyik.
- “Neftçi” ilə görüşünüz barədə nə deyə bilərsiniz?
- Biz oyundan əvvəl də demişdik ki, Bakıya qələbə dalınca gəlirik. Biz final mərhələsində yaxşı çıxış edirik. “Neftçi”yə qələbə qazanmaq lazım idi. Yəni təzyiq altında idilər. Biz də üç xal əldə etmək arzusunda idik. Əks-hücumlardan yaxşı istifadə etdik. Düşünürəm ki, qələbə qazanmağa layiq idik.
- Bu görüşdə qələbə nəyin sayəsində əldə edildi?
- Əzmkarlıq və taktikanın düzgün seçilməsi nəticəsində.
- Digər tərəfdən vurduğunuz ikinci qolda “Neftçi”nin qapıçısı Vladimir Miçoviçin də səhvi oldu...
- Futbol elə bir idman növüdür ki, bu, səhvlər üzərində qurulur. Səhv olmasa, qol da vurulmaz. Digər tərəfdən, əgər futbolçular səhvdən yararlanıb qol vurursa, onları alqışlamaq və sevmək lazımdır.
- Oyunun gedişində qalmaqal yaşandı. Belə ki, Vladimir Voskoboynikov qapınıza zərbə vurdu və ara qarışdı. Bu zaman siz də meydana daxil oldunuz...
- Onlar “fair-play” qaydalarına əməl etmədilər. Gördüm ki, anlaşılmazlıq var, futbolçular arasında mübahisə gedir. Buna görə də meydana daxil oldum və çalışdım ki, münasibətlər gərginləşməsin. Digər tərəfdən deyim ki, Voskoboynikovun hərəkətini bəyənmədim. Futbol kişi oyunudur. Amma bu o demək deyil ki, centlmen oyun qaydalarına riayət edilməməlidir.
- Meydanda olarkən baş hakim Elnur Muradovla da mübahisə etdiniz. Bu nə ilə əlaqədar idi?
- Elə bir böyük qüsur göstərdim və ya səhvlərini bildirdim desəm, doğru olmaz. Sadəcə, qalmaqal başlayan epizoddan əvvəl cərimə verilsəydi, heç belə narazılıq olmazdı. Mən ancaq baş məşqçi kimi ona fikrimi bildirmişəm.
- Yeri gəlmişkən, hakimin idarəçiliyi barədə nə deyə bilərsiniz?
- Mən hakimlik barədə danışmıram.
- Final mərhələsinə “Xəzər-Lənkəran”a 1:4 hesabı ilə uduzmaqla start verdiniz...
- O nəticə oyunu əks etdirmir. Uduzmaq olar, amma belə hesabla yox. O görüşdə bizim çox sayda qol vəziyyətimiz oldu. Amma bunlardan lazımınca istifadə edə bilmədik. Bu da özünü nəticədə göstərdi.
- Deyəsən bu zərbə sizi “ayıltdı”. Elədirmi?
- Ayıltdı demək düzgün deyil. Bayaq qeyd etdiyim kimi, nəticə ədalətli deyildi. Biz isə futbolçularla yığışıb özümüzə söz verdik ki, birinci “altılıq”a təsadüfən düşmədiyimizi sübut edək.
- “Qəbələ” birinci “altılığ”a təsadüfən düşüb” fikri ilə razısınızmı?
- Mən hər bir futbol mütəxəssisinin fikrinə hörmət edirəm. Amma çox xahiş edirəm ki, bu insanlar mətbuata fikir bildirərək çaşqınlıq yaratmasınlar. Hər kəs özünə hörmət etsin.
- Final mərhələsi başlayanda sizin şansınızın olmadığı deyilirdi. Bəlkə onların sizi saymamasından istifadə etdiniz?
- Artıq hər kəs üçün həyəcan təbili çalınıb. “Bakı” da, “Neftçi” də, “Qarabağ” da bilir ki, biz heç kimdən zəif deyilik və iddialıyıq. “Qarabağ”la “Neftçi”yə üç oyunun heç birində uduzmamışıq. Məncə, bu komandalardan heç biri bizə arxayın yanaşa bilməzdi. “Neftçi” ümumiyyətlə, arxayınlıqdan danışa bilməz. Ola bilər ki, rəqib oyunun taktikasını düzgün qurmamışdı. Hamı “Qəbələ” ilə hesablaşmalıdır. Amma biz hələ heç nəyə nail olmamışıq. Bu uğurlar bizi arxayın salmamalıdır. Bizi qabaqda çətin oyunlar gözləyir.
- Belə oyunlardan birini də həftəsonu keçirəcəksiniz. “İnter”lə qarşılaşmadan nə gözləyirsiniz?
- Rəqib güclüdür. Buna şübhə etmək olmaz. Hazırda turnir cədvəlinə başçılıq etməsi də buna sübutdur. Amma biz heç kimdən çəkinmirik. Buradan üz tutub azarkeşlərə deyirəm - “İnter” üzərində qələbə qazanacağıq.
- Sizin digər komandalardan fərqiniz odur ki, qalan altı oyundan dördünü doğma meydanda keçirəcəksiniz. Bundan istifadə edə biləcəksinizmi?
- Buna çalışacağıq. Düzdür, biz oyunları ev və ya səfərə bölmürük. Amma doğma azarkeşlər önündə çıxış etməyimizdən istifadə etməyə çalışacağıq. Hər halda bu, bizim arxayınlaşmağımıza səbəb ola bilməz.
- Mətbuat konfransında dediniz ki, 5 zədəli futbolçunuz var. Onların vəziyyəti nə yerdədir?
- Maksim Skoroxodov, Kənan Kərimov, Razvan Tarlea, Namiq Əliyev və Qoqa Beraya zədəli idilər. Sonuncu ikisi həm də sarı vərəqə limitini doldurmuşdular. Uşaqlar qələbəni onlara həsr etdilər. Tezliklə bu futbolçular meydana qayıdacaqlar.
- Siz qolları daha çox standart vəziyyətlərdən vurursunuz. Yəqin ki, bunun üzərində məşqlərdə daha çox işləyirsiniz...
- Texnikaya üstünlük verən futbolçular bahadır. Ona görə də biz total futbola üstünlük veririk. Bunun da xeyrini görürük.
- Qarşıya qoyulan məqsəd dəyişibmi?
- Biz əvvəlcə birinci “altılıq”a düşməyi qarşıya məqsəd qoymuşduq. Buna nail olduq. İndi rəhbərliyimizə hədiyyə olsun deyə qarşıdakı görüşlərdə də qələbə qazanıb avrokuboklara çıxmağa çalışacağıq.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0