Bülənt Korkmaz: Jaba da Türkiyəyə qayıdacaq
06.04.2010 - 09:15
“Mən “Bakı”nın baş məşqçisi təyin olunanda artıq Jaba transfer olunmuşdu. Braziliyalı bu vaxtadək təxminən 10 oyun keçirsə də, qol hesabını aça bilməmişdi”. Apasport.az saytının məlumatın görə, bu sözləri “Bakı”nın sabiq baş məşqçisi Bülənt Korkmaz deyib.
42 yaşlı türkiyəli çalışdırıcı rəhbərliyi altında oynamış Jabanın da paytaxtın eyni adlı təmsilçisini tərk edəcəyini təsdiqləyib: “Jabanı yaxından tanıyırdım. Bu səbəbdən ona özünü göstərmək şansı verdim və o, ümidlərimizi boşa çıxarmadı. Çempionatın ikinci yarısında daha yaxşı oynamağa başladı. Həm davranışı, həm də texnikası ilə nəyə qadir olduğunu göstərdi. Mövsümün sonlarına yaxın klubun problemlərinin yaranması isə futbolçulara da pis təsir etdi. Jabanın da müqaviləsi yayda bitir və böyük ehtimalla o Superliqaya qayıdacaq. Hətta mənimlə söhbətlərinin birində o, özü də mövsüm bitən kimi yenidən Türkiyəyə qayıdacağını demişdi”.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0