“Qalatasaray”ın 3 futbolçusu Azərbaycan yığmasına qarşı
06.04.2010 - 09:30
19 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit raundunda Azərbaycan yığmasının rəqibi olan türkiyəlilərin baş məşqçisi Kamal Özdəş hazırlıqlara 23 futbolçu cəlb edib.
Eskişəhərdə millimizlə yanaşı, Norveç və İspaniyanı da qəbul edəcək meydan sahibləri elit raundda əsasən nəhəng klubların yetirmələrinə güvənəcək. Belə ki, aprelin 8-də İstanbulun “Ataköy Şeraton” otelində bir araya gələcək milliyə “Beşiktaş”dan 4, “Qalatasaray”dan 3, “Fənərbaxça”dan 1 oyunçu cəlb olunub. Superliqanın lideri “Bursaspor” isə 4 yığma üzvü ilə öyünəcək.
Qeyd edək ki, aprelin 14-19-da baş tutacaq mərhələnin ilk turunda yığmamız meydan sahibləri ilə qarşılaşacaq.

0
0