Honduras yığması Azərbaycanla Moldovaya fərq qoydu
06.04.2010 - 09:38
Honduras Azərbaycan milli komandasını Moldovadan üstün tutub. Apasport.az saytının məlumatına görə, amerikalıların moldovalılarla mayın 30-da Avstriyada keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq.
Ölkənin ali futbol qurumu Moldova Futbol Federasiyasına oyundan rəsmən imtina etmələri ilə bağlı məktub göndərib. Honduraslılar bunu Moldova yığmasını həddən artıq zəif rəqib olması ilə əsaslandırıblar. Ancaq mərkəzi amerikalılar daha sonra, iyunun 2-də Avstriyada milli komandamızla görüşü qüvvədə saxlayıb. Moldovanın əvəzinə isə həmin vaxt Avstriyada hazırlıq keçəcək Rumıniya ilə yoldaşlıq görüşü baş tutacaq.

0
0