“Qəbələ”nin bombardiri Ukraynaya yollandı
06.04.2010 - 10:37
“Qəbələ”nin bombardiri Ukraynaya yollandı
“Qəbələ” klubunun legioneri İqor Melnik üçün mövsüm bitib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XXVI turunda “Neftçi” ilə görüşdə zədələnən ukraynalı hücumçu tibbi müayinədən keçib.

Bu, Melnikin zədəsinin ciddi olduğu və böyük ehtimalla cari mövsümdə bir daha meydana çıxmayacağını göstərib. Artıq vətəninə yollanan Melnik şəxsi həkiminin müayinəsindən keçəcək. Dizində çarpaz bağlarının qopduğu müəyyən olunan İqor ciddisinin aşkar olunacağı təqdirdə, cərrahiyyə əməliyyatı olunacağı gözlənilir. Ötən yay transfer olunan Melnik vurduğu 6 qolla cari mövsümdə “Qəbələ”nin bombardiridir.

Qeyd edək ki, “Qəbələ”nin digər futbolçularından kapitan Kənan Kərimovla rumın Razvan Tarlea uzun müddətdir zədə problemi ilə üzləşib. Hələ də fərdi məşq edən futbolçular Premyer Liqasının növbəti turunda “İnter”lə aprelin 10-da keçiriləcək oyunda ad iştirak etməyəcək.