Valdes Azərbaycan klubu ilə oynamaq arzusundadır
06.04.2010 - 10:42
Valdes Azərbaycan klubu ilə oynamaq arzusundadır
Moldovanın “Olimpiya” klubunun həvəskar futbolçu ilə bağlı elan etdiyi auksion sona çatıb. Apasport.az saytının məlumatına görə, bu idman növünün fanatı olan braziliyalı biznesmen Valdes Eustakio Pessoa arzusuna çatıb. O, auksionun qalibi olmaq üçün 300 min avro ödəyib.

Bir müddət əvvəl “Olimpiya” rəhbərliyi dünyada analoqu olmayan addım atmışdı. Moldovalılar Avropa Liqasının oyunlarında komandanın şərəfini qorumaq üçün bir yeri satışa çıxarmışdı. Ən çox para ödəyən həvəskar avrokuboklarda keçirilən matçda start heyətində komandanın formasını daşıyacaqdı. Yəni, “Olimpiya” 10 futbolçusu ilə mübarizə aparacaq, onlarla yanaşı, bir həvəskar da yarışda oynamaq arzusuna çatacaqdı. Ən yaxın rəqibindən 50 min artıq ödəyən braziliyalı tibbi müayinədən keçdikdən və Moldovada işləmək üçün sənəd aldıqdan sonra “Olimpiya”nın futbolçusu kimi qitə kuboklarında debüt edəcək. “Olimpiya” rəhbərliyi belə auksionların hər mövsüm keçiriləcəyini bildirib.

Qeyd edək ki, “Olimpiya” Avropa Liqasında Azərbaycan klublarının potensial rəqiblərindəndir.