Başı Saşa Yunisoğlunu “bəlaya” saldı
06.04.2010 - 10:48
Başı Saşa Yunisoğlunu “bəlaya” saldı
Azərbaycan milli komandasının bu gün açıqlanan heyətində 6 dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, bu il baş tutan ilk iki hazırlıqlara dəvət olunan 24 futbolçudan 18-i yenidən yığmanın düşərgəsinə çağırılıb.

Kənarda qalan futbolçulardan beşinin Berti Foqts tərəfindən dəvət olunmamağı başa düşüləndir. Mahir Şükürov və Vaqif Cavadov legioner həyatı yaşadığından, FİFA pəncərəsindən kənar baş tutan toplanışa qatılmayacaq. Amit Quluzadə, Araz Abdullayev və Səlahət Ağayev isə 19 yaşadək futbolçulardan ibarət millimizin heyətində Avropa çempionatının elit raundunda mübarizə aparacağından əsas komandada olmayacaq.

Almaniyalı mütəxəssisin çağırmadığı 6-cı oyunçu isə Saşa Yunisoğludur. Buna 25 yaşlı müdafiəçinin son vaxtlar oynadığı “Bakı” klubunun heyətinə düşə bilməməyidir. Nadir hallarda meydanda görünən Saşa XXVI turun “İnter” lə səfər oyununda komandasını qələbədən edən avtoqola imza atmışdı. Başla öz qapısına vurduğu qol onun siyahıdan kənara qalmasında müəyyən təsir edib.