Rəşad Sadıqovdan səmimi etiraflar
06.04.2010 - 11:15
“İlk “altılıq”dakı oyunların çətin keçəcəyini bilirdik. “Bakı”ya 0:2 hesabı ilə uduzduğumuz matçı nəzərə almasaq, digər 3 görüşdə yaxşı təsir bağışlamışıq. “Xəzər-Lənkəran”a qarşı səfərdə səliqəli oynamaq hər komandanın işi deyil. Hesabda iki top fərqi ilə geridə olmağımıza baxmayaraq, toparlandıq və qol vurduq. Nəzərə almaq lazımdır ki, biz ilk “altılığ”ın 4 qarşılaşmasından üçünü qonaq qismində keçirmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.
Azərbaycan yığmasının kapitanı səmimi açıqlamaları ilə diqqət çəkib: “Komandada əhval-ruhiyyə yaxşıdır. Çempionatın sonuna hələ var. Biz heç nəyi itirməmişik. Sadəcə, ilk “altılığ”ın oyunlarına psixoloji cəhətdən hazır deyilik. Oyunlarda uşaq səhvləri buraxırıq. Toparlanmalı və irəli baxmalıyıq. “Qarabağ”ın bunu bacaracağına inanıram”.
Sadıqov bildirib ki, rəqibləri onlara qarşı daha səylə oynayır: “Bəlkə də, eniş gözlənilən idi. Çünki bizim komanda gənc futbolçulardan ibarətdir. Xüsusən də, hücum xəttində gənclər mübarizə aparır. Rəqiblərimiz bizə qarşı daha sıx oynayırlar. Əfranın, Raufun, Vüqarın, Elvinin hansı taktikaya üstünlük verdiklərinə bələddirlər. Amma Avropa Liqasının oyunlarında belə deyildi. Bizimkilər bacarıqlarından tam istifadə edirdilər. Uşaqlar oyundan-oyuna təcrübələrini artırırlar”.
Futbolçu yığmada və klubda bir yerdə oynadığı Fərhad Vəliyevlə arasında yaşanan insidentə də toxunub: “Bu, “Bakı”ya qarşı oyunda baş vermişdi. Fərhada dedim ki, topa çıxma. Lakin əksini etdi. Nəticədə əsəblərimi cilovlaya bilmədim. Olanlar elə meydançada qaldı. Fərhad məndən 2 yaş böyükdür, ona hörmətim var. Biz bir yerdə çörək kəsirik. Heç vaxt kin saxlaya bilmərik”.

0
0