Zaur Ramazanov, Emin Quliyev və Rail Məlikova AFFA-da qırmızı vərəqə
06.04.2010 - 12:21
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, qurum XXVI turda baş verənləri araşdıraraq, müvafiq qərarlar çıxarıb.
Unibank Premyer Liqasının hesabat turunda “Neftçi” ilə matçında 4 futbolçusu sarı vərəqə görən “Qəbələ” 1000 manat cərimə olunub. Bu oyunda bakılılar da cəzasız qalmayıb. 63-cü dəqiqədə meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat ödəməli olacaq. Qarşılaşma bitdikdən sonra “Neftçi”nin kapitanı Rail Məlikovla “Qəbələ”nin legioneri Revaz Getsadze bir-birini vurduğu üçün hər iki futbolçu 2 oyunluq cəzalanıb və komandalarını 2000 manat ziyana salıb. Futbolçulara verilmiş cəzanın yarısı - 1 oyun şərti olaraq tətbiq ediləcək. Yəni, 6 ay müddətində qayda pozuntusuna yol verərlərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə ediləcək.
“Standard”la matçın 84-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Karvan” futbolçusu Emin Quliyevin cəzası da eyni olub. Lakin Raillə Revazdan fərqli, cəza ona şərti deyil, birbaşa tətbiq olunub. Oyun başa çatdıqdan sonra “Karvan”ın hücumçusu Zaur Ramazanov da komanda yoldaşının hərəkətini təkrarlayıb və onun kimi 2 oyunluq cəzalanmaqla yanaşı, klubunu 2000 manat xərcə salıb.
“İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Bakı” da cərimədən yaxa qurtara bilməyib. “Zolaqlılar” 1000 manat ödəməli olacaq.

0
0