Zaur Ramazanov and içdi: Dəli deyiləm ki...
06.04.2010 - 13:07
“Mənimlə zarafat edirsiniz? Cəzalanmaq, hakimi söymək nədir?” Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun futbolçusu Zaur Ramazanov deyib.
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. İK hakimi təhqir etdiyini əsas gətirərək, Ramazanovu iki oyunluq cəzalandırıb, klubuna isə 2000 manat cərimə kəsib: “Mən bunu sizdən eşidirəm. Mənim əvəzimə hakimi cəzalandıraydılar da. Oynamağıma imkan vermirlər. Məsələni mütləq araşdıracağam”.
34 yaşlı futbolçu hakimi söymədiyinə and içib: "Anam canı mənim heç nədən xəbərim yoxdur. Uşaq deyiləm, 34 yaşım var. Hakim söyən vaxtımdır? Vallah, mən belə şey görməmişdim. Dəli deyiləm ki, bilə-bilə cəzalanmağıma şərait yaradım”.
Xatırladaq ki, millimizin sabiq üzvü Zaur Ramazanov 2 ay öncə də 2 oyunluq cəzalandırılmışdı.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0