Azərbaycan yığmasının futbolçusu AFFA-ya qarşı çıxdı
06.04.2010 - 13:22
“İntizam Komitəsinin qərarını sizdən eşidirəm. Qurumun məni cəzalandıracağını gözləmirdim. Əlbəttə ki, haqqımdan çıxarılan qərardan narazıyam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Bakının “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.
AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Unibank Premyer Liqasının son turunda “Neftçi” - “Qəbələ” matçında baş verən dava-dalaşa hüquqi qiymət verib. Oyun bitdikdən sonra Raillə rəqib futbolçu Revaz Getsadze bir-birini vurduqları üçün 2 oyunluq cəzalanıblar.
Qərara münasibətini bildirən Məlikov narazılığını gizlətməyib: “Şəxsən mənim bu qərara münasibətim çox mənfidir. Başa düşmürəm, gürcü futbolçu oyun zamanı söyüş söydüyü halda, niyə cəzasını almadı? Belə çıxır ki, hakim bunu eşitməməzliyə vurub. Məgər o, meydanda baş verənlərlə bağlı heç nə görməyib? Əgər həmin gürcü futbolçu haqda elə oyun zamanı ölçü götürülsəydi, vəziyyət bu həddə gəlib çıxmazdı. Düzdür, bizim futbolçu Vladimir Voskoboynikov oyun zamanı düzgün hərəkət etməyərək, “Fair Play” qaydalarını pozdu. Mən də buna görə “Qəbələ”dən üzr istədim. Futbolçumuzda səhv olsa da, rəqibin futbolçuların onun üstünə tökülüb, onu şillə-təpiyə vurmasına nə ad verəsən? Məgər hakim bunları görmədi? Niyə “Qəbələ”nin həmin futbolçularını heç sarı vərəqə də göstərmədi? Oyunun gərginliyini nəzərə almaq lazım idi”.
AFFA-nın qərarı Məlikovun növbəti turda “Qarabağ”la səfər oyununda iştirak etməyəcəyi deməkdir. Milli komandamızında üzvü olan kapitan buna görə təəssüfləndiyini bildirib: “Həmin oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Ağdamdakı görüşə xüsusi kökləndiyim halda, gözlənilmədən oynamayacağım haqda xəbər eşitdim. Əlbəttə, bu, komandamızda ruh düşkünlüyü yaradacaq. Belə çıxır ki, rəqib futbolçu səni söyməli, sifətinə zərbə vurmalı, sən də durub üzünə baxmalısan. Cəriməni ödəməyimlə bağlı problem yoxdur. Lazımdırsa, əmək haqqımdan tutsunlar”.

0
0