Unibank Premyer Liqasında yenilik: Hər qola 100 manat mükafat!
06.04.2010 - 14:35
Unibank Premyer Liqasında yenilik: Hər qola 100 manat mükafat!
Cari mövsümdən Azərbaycan Premyer Liqasının baş sponsoru olan Unibank Kommersiya Bankı yeni layihəyə start verib. Apasport.az saytının məlumatına görə, bankın rəhbərliyi növbəti həftədən vurulacaq hər qolu 100 manat məbləğində qiymətləndirəcək.

Bununla bağlı bu gün “UniPlaza”da fevral və mart aylarının ən yaxşı futbolçularının mükafatlandırılma mərasimində məlumat verilib. Toplanacaq məbləğ mətbuat nümayəndələrinin iştirakı ilə uşaq evlərindən birinə veriləcək.

Qeyd edək ki, cari çempionatımızda 26 turda 317 qol vurulub.