Ramin Musayev: Arif Əsədov məndən inciməsin...
06.04.2010 - 14:43
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin yetişməsində ən çox əməyi olan məşqçi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Unibank Premyer Liqasının son iki ay üçün ən yaxşı futbolçusunun mükafatlandırılması mərasimində 18 yaşlı istedadla bağlı fikirlərini açıqlayıb.
O, vaxtilə vitse-prezidenti olduğu Bakının “Neftçi” klubunda çıxış edən Arazın indiki səviyyəyə çatmasında əsas pay sahibinin kimliyinə aydınlıq gətirib: “Arif Əsədov məndən inciməsin. Araz Abdullayevin futbolçu kimi yetişməsində İslam Kərimovun daha çox əziyyəti olub. Yerli məşqçiləri həvəsləndirməliyik”.
Qeyd edək ki, Əsədov əvvəllər “Neftçi”nin əvəzedici, indi isə əsas komandasında Abdullayevin baş məşqçisidir. Kərimov isə paytaxt təmsilçisinin uşaq komandalarında Araza futbolun sirlərini öyrədib.

0
0