“Ramolunmaz şirlər” Azərbaycanla oynamadı
06.04.2010 - 15:11
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Kamerunla qarşılaşmaq arzusu baş tutmayıb. Apasport.az saytının məlumatına görə, mayın sonlarından iyunun əvvəlinədək Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı yığmamız “ramolunmaz şirlər”lə görüşə bilməyəcək.
Belə ki, Samuel Eto’Onun çıxış etdiyi Kamerun millisi Avropada keçirəcəyi üçüncü yoldaşlıq oyunu üçün də sınaqçı rəqib tapıb. Mayın 29-da Slovakiya, iyunun 1-də Portuqaliya ilə üz-üzə gələcək Samuel və yoldaşları 4 gün sonra Serbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, CAR-da keçirilən dünya çempionatında kamerunlular Hollandiya, Danimarka və Yaponiya ilə eyni qrupda yer alıb.

0
0