Yunis Hüseynov: Onların yazdıqları cəfəngiyatdır
06.04.2010 - 17:00
“Emin Quliyevlə Zaur Ramazanova verilən cəzanı haqsız sayıram. İntizam Komitəsinin çıxardığı qərar düzgün deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
AFFA-nın İntizam Komitəsi Yevlax təmsilçisinin qış fasiləsində transfer etdiyi Emin Quliyevlə Zaur Ramazanova 2 oyunluq cəza və 2000 manat cərimə kəsib. Quliyev XXVI turda “Standard”la oyunda birbaşa qırmızı vərəqə aldığı, Zaur isə görüşdən sonra hakimləri söydüyü üçün cəzalanıb.
Haqsızlıqla üzləşdiklərini deyən Hüseynovun fikrincə, Quliyevə göstərilən qırmızı vərəqə səhv idi: “Emin rəqibə qarşı bilərəkdən kobudluq yox, “podkat” edir. Bu zaman topa toxuna bilmir və bilməyərəkdən rəqibin futbolçusunu yıxır. Baş hakim buna görə sarı vərəqə göstərməli olduğu halda, birbaşa qırmızı verir. Bununla bağlı protokolda şikayət yazanda, maraqlı halla rastlaşdıq. Belə ki, həmin vaxt hakim oyunun protokolunu doldurub, qurtarmışdı. O, hakimlərlə bağlı şikayətimizi gördükdən sonra Zaur haqda yazdı. Bununla özünü sığortalayır. Zaurun elə hərəkət edibsə, bunu niyə əvvəldən yox, protokolu doldurandan sonra yazır? Guya Ramazanov onu söyüb. Əslində bu, yalandır. Belə bir şey olmadığı halda, bizə qarşı haqsızlıq edirlər. Onların yazdıqları cəfəngiyatdır. Onsuz da “Standard”a məğlubiyyətdən sonra Premyer Liqada qalmağımız çətinləşib. Bu azmış kimi, iki aparıcı futbolçumuzu cəzalandırırlar”.
Quliyevlə Ramazanovun yoxluğunda heyətlə bağlı ciddi itkilərin olduğunu deyən çalışdırıcı intizamsızlığı ilə yadda qalan, dəfələrlə cəzalanan təcrübəli futbolçularının müdafiəsinə qalxıb: “Bilirsiniz, təcrübəli və gənc futbolçu tamam başqa şeylədir. Yaşları 30-u keçən Zaurla Emin təcrübəli, xeyli müddətdir oynadıqları üçün futbolun hər incəliklərini yaxşı bilirlər. Onlar uduzmaq istəmirlər. Meydana çıxan futbolçu mübarizə aparır, çılğın olur. Üstəlik, bu zaman hakim haqsızlığı ilə üzləşəndə, lap əsəbiləşirlər. Savadsız hakimlərin qərarları vəziyyəti bu həddə çatdırılar. Onlar futbolçuları özlərindən çıxarmağa məcbur edirlər”.
Hüseynov AFFA-nın İntizam Komitəsi ilə bağlı apelyasiya şikayəti etmək fikrində olmadıqlarını söyləyib: “Bunun nə xeyri var ki? Zauru buna qədər də 2 oyunluq cəzalandırmışdılar. Biz də apelyasiya versək də, faydası olmadı. Zaurla bağlı qərar qüvvədə qaldı. İndi şikayət etsək, nə dəyişəcək ki?”
Qeyd edək ki, “Karvan” – “Standard” oyununu (1:2) Rasim Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

0
0