Qyoko Hacıyevski AFFA və PFL-dən asılı vəziyyətə düşüb
09.04.2010 - 14:01
Qyoko Hacıyevski AFFA və PFL-dən asılı vəziyyətə düşüb
“Qyoko Hacıyevski ilə icraçı-direktor vəzifəsində çalışmaq üçün anlaşmışıq. Hazırda işinin icrasına başlayıb. Onunla ölkə xaricinə gedib, futbolçu seçməyi planlaşdırmışıq. Amma səfərin dəqiq tarixini hələ müəyyənləşdirməmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Məmmədov konkret iş görmələri üçün AFFA və PFL-in qərarlarını gözlədiklərini bildirib: “Bizdə çempionatın formatı tez-tez dəyişir. Hələ növbəti mövsümdə neçə komandanın iştirakı edəcəyi, legioner limitinin necə olacağı bilinmir. Qərar çıxandan sonra, nəzərdə tutduğumuz işləri həyata keçirəcəyik. Əlbəttə ki, indi müəyyən planlar üzərində işləyirik".

Xatırladaq ki, “Simurq”un baş məşqçisi Roman Pokoranı gələn mövsümdə makedoniyalı Qyoko Hacıyevski əvəzləyəcək. Azərbaycan yığmasının sabiq çalışdırıcısı hazırda “Simurq”da icraçı-direktor vəzifəsində çalışır.