Əliyev Əliyevə müşavir gəldi
09.04.2010 - 14:35
Azərbaycan çempionatının I divizionunda çıxış edən MOİK-də yeni təyinat olub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, sabiq baş məşqçi Ramil Əliyev geri qayıdıb. Gənc çalışdırıcı MOİK prezidentinin müşaviri təyin edilib.
Əliyev 2004-cü ildən etibarən MOİK-də əsas komandanın baş məşqçisi və məşqçisi, eləcə də əvəzedici heyətin baş məşqçi vəzifələrini daşıyıb. O, 2008-ci ildə ordu komandasını güclülər dəstəsinə yüksəltməklə, ən böyük uğuruna imza atıb. Əliyev bu ilin yanvarında öz xahişi ilə MOİK-in baş məşqçisi postunu tərk etmişdi.
Qeyd edək ki, MOİK-in prezidenti onun həmsoyadı Natiq Əliyevdir.

- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
0
0