Azərbaycan yığması ilk oyununu gürcülərə qarşı keçirəcək
09.04.2010 - 14:40
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yeni yaradılan yığmamız aprelin 12-dən 18-ə qədər keçiriləcək ilk toplanış çərçivəsində yoldaşlıq oyunlarında da qüvvəsini sınayacaq.
Millimiz Bakıda baş tutacaq hazırlıq prosesi çərçivəsində gürcüstanlı həmyaşıdları ilə 2 dəfə üz-üzə gələcək. Komandalar aprelin 16-da saat 16:00-da, 18-də isə saat 10:30-da qarşılaşacaqlar. Hər iki qarşılaşma Şağan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Bundan əlavə, aprelin 13-də, saat 16:00-da Şağan Olimpiya İdman Kompleksinin stadionunda U-16 yığması ilə “Neftçi” klubunun nəzdindəki U-17 komandası arasında yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub

- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
0
0