Şahin Diniyevin daha bir oğlu milli komandaya çağırıldı
09.04.2010 - 15:09
Azərbaycanın 16 yaşlılardan ibarət yığma komandasının (U-16) heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yeni yaradılan komandanın ilk təlim-məşq toplanışına 22 futbolçu cəlb olunub.
Aprelin 12-dən 18-dək Bakıda keçiriləcək hazırlıq prosesində Fuad İslamzadə, Mənsur Nəhavəndi, Adil Nağıyev, Polad Mirzəzadə, Sadiq Quliyev, Rauf Əliyev, Kamran Abdullazadə, Coşqun Diniyev, Kənan Manafov, Emil Həşimov, Qurbanəli Əliyev, Nurlan Əhmədov, Əli Manaflı, Əli Həsənli, Üzeyir Sadıxov, Namiq Ələsgərov, Yusif Bağırov, Elvin Camalov, Şirməmməd Məmmədov, Tural Məhəmmədov, Azər İbrahimov və Ömər Mahmudzadə qatılacaq. Bunlardan Coşqun milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğludur. Onun böyük qardaşı Kərim 17 yaşlılardan ibarət yığmamızın üzvüdür.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin martın 5-də keçirilən iclasında U-16-nın yaradılması ilə bağlı qərar çıxarıldı. Bu yığmaya Təbriz Həsənovun rəhbərlik etməsi nəzərdə tutulub.

0
0