Ruslan Abışov: Bəxt də bizdən üz döndərib
09.04.2010 - 15:15
“Son vaxtlar yaxşı oynasaq da, qələbə qazana bilmirik. “Qarabağ”la qarşılaşma çox çətin keçəcək. Nəzərə almaq lazımdır ki, bu mövsüm Ağdam təmsilçisini məğlub edə bilməmişik. Komandamız oyuna tam hazırdır və sabah qələbə qazanaraq, qisasımızı almağa çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Ruslan Abışov deyib.
“Ağ-qaralar”ın gənc müdafiəçisi son oyunlarda qol vura bilməmələrini bəxtsizliklə əlaqələndirib: “Deməzdim ki, hücumçularımız bilərəkdən qol vurmurlar. Kim istəməz ki, qol vurmasın? Ancaq iş orasındadır ki, bəxt də bizdən üz döndərib. Oyun ərzində bir neçə qol imkanı yaradırıq. Gəl ki, istifadə edə bilmirik. Buna baxmayaraq, komandanın pis oynamadığını düşünürəm”.
Dünəndən Mingəçevirdə məskən salan “Neftçi” sabah Ağdama yola düşəcək. 23 yaşlı müdafiəçi matçın Ağdamda keçirilməsinin onlara heç bir mənfi təsiri olmadığını bildirib: “Düzdür, yol bir qədər uzaq olsa da, bunun elə bir əhəmiyyəti yoxdur. Çünki 1 gün əvvəldən bura gəlmişik. Yerli azarkeşlərin “Qarabağ”ı sonacan dəstəkləyəcəklərini bilirik. İnanmıram ki, bu, futbolçulara mənfi mənada təsir etsin”.
“Qarabağ”ın hansı mövqeyi zəif təsir bağışlayır” sualını isə Abışov birmənalı cavablandırmayıb: “Açığı, hər iki komanda son oyunlarda inamlı təsir bağışlamır. “Qarabağ”ın hansı mövqeyinin zəif olduğunu deyə bilmərəm. Çünki oyunlarına baxıb, təhlil aparmamışıq. Düşünürəm ki, “Qarabağ” güclü heyətə malikdir”.

0
0