Ronaldo: Mən Messidən güclüyəm!
09.04.2010 - 17:15
Ronaldo: Mən Messidən güclüyəm!
Sabah keçiriləcək “Real” – “Barselona” matçından əvvəl madridlilərin portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo rəqibin futbolçusu Messiyə “ilişib”. Apasport.az saytının məlumatına görə, qızların sevimlisi argentinalı ilə aralarında böyük fərq olduğunu və El-Klassikoda qələbə qazanacaqlarını bildirib.

“Mən ondan fərqliyəm və ən əsası boyda ondan çox uzunam. Bir də mən Messi ilə müqayisədə qapalı oynayıram”, - deyə Ronaldo bildirib.

Portuqaliyalı vurğulayıb ki, Messi “Real”a qarşı tək oynamayacaq: “Hər kəs Messidən bəhs edir. Amma El-Klassikoda yalnız onunla mən oynamayacağam. Bu fərdi bir duel deyil və Messi “Barselona”da tək oynamır. Ona komanda yoldaşları dəstək verirlər”.

Liqada 25 qol vuran Messinin yaxşı mövsüm keçirdiyini vurğulayan Ronaldu özunu də tərifləməyi unutmayıb: “Mən İspaniyada keçirdiyim ilk mövsümdə heç də pis çıxış etmirəm. İllər ötdükcə özümün ən yaxşılar arasında olacağıma inanıram”.

Dünyanın ən bahalı futbolçusu “Derbidə qələbə, yoxsa çempionluq vacibdir” sualını belə cabavlandırıb: “Çempionluq. Çox gözəl bir qarşılaşma olacaq. Qələbə qazanacağımıza əminəm. Ancaq oyunda xal itirib sonda çempion olmağımız da pis olmaz”.

Qeyd edək ki, İspaniya çempionatında “Real” və “Barselona” 3-cü yerdə gedən “Valensiya”nı 21 xal (!) qabaqlayır.