“Neftçi” bu söz-söhbətlərə son qoymalıdır” – MÜSAHİBƏ
09.04.2010 - 23:05
Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi
- “Qarabağ”la oyuna hazırlığınız necə gedir?
- Ciddi hazırlaşırıq. Mingəçevirdə məskunlaşsaq da, son məşqçimiz Ağdamda, matçın keçiriləcəyi Quzanlı qəsəbə stadionunda olacaq. Düşərgəmizdə yaxşı-əhval ruhiyyə hökm sürür. “Qarabağ”la qarşılaşmada uğurlu nəticə qazanmaq niyyətindəyik.
- Uğurlu nəticə deyəndə, yalnız qələbəni nəzərdə tutursunuz, yoxsa səfərdə heç-heçə də sizə münasibdir?
- Biz yalnız qələbəyə köklənmişik. “Qarabağ”la görüşdə 3 xal bizim üçün çox vacibdir. Əgər buna nail olsaq, çempionluq mübarizəsində yolumuzu davam etdirəcəyik. Əslində, heç vaxt meydana heç-heçə üçün çıxmırıq. “Neftçi” həmişə qarşısına qələbə qazanmaq məqsədi qoyub, hücum futbolu oynayır. Bu, xüsusilə “altılıq” oyunlarında daha çox nəzərə çarpır. Hətta “Xəzər-Lənkəran”la çətin səfər oyununda da daha çox hücum edib, qələbə qazanmaq istəyirdik.
- “Qarabağ”la heç-heçə etsəniz, bunu sərfəli nəticə sayacaqsınız?
- Bəli. Hər halda, biz rəqib meydanında oynayacağıq. Səfərdə 1 xal qazanmaq pis nəticə deyil. Ancaq bu, minimum vəzifədir. Heç-heçə yox, yalnız qələbə haqda düşünürük. İndi bizə qələbə çox lazımdır. Çünki ötən tur evdə “Qəbələ”yə məğlubiyyətdən sonra həm özümüzü doğrultmalı, həm də söz-söhbətlərə son qoymalıyıq.
- Hansı söz-söhbətlərə?
- Çempionluğa layiq oyun göstərməyimizlə bağlı deyilənlərə. Əslində, bu doğru deyil. Biz “Qarabağ”la görüşdə bunu göstərməliyik.
- Cari mövsümdə Ağdamdakı oyun şəxsən sizin üçün uğursuz alınmışdı. 0:1 hesabı ilə uduzduğunuz həmin görüşdə real imkanları qaçırmışdınız...
- Doğrudur. Bunları yaxşı xatırlayıram. Hesab 0:1 olanda iki dəfə qol vurmaq üçün real imkanım oldu. Ancaq qapıçı ilə təkbətək çıxsam da, topu qapıdan keçirə bilmədim. Bu dəfə özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Çalışacağam ki, əlimə düşən qol imkanlarından istifadə edim.
- Ümumiyyətlə, komandanızın qol vəziyyətlərindən istifadə etməkdə problemi var. Müdafiəçiləriniz də bundan istifadə edə bilmədiyinə görə hücumçulardan gileylənirlər. “Neftçi”nin sonuncu qolunun müəllifi olan Rəşad Abdullayev problemi nədə görür?
- Bizim hər oyunda çoxlu qol epizodlarımız olur. Rəqib qapısına nə qədər imkanlar yaratsaq da, bundan az istifadə edirik. “Qəbələ” ilə görüşdə bundan yararlanaraq, qol vurdum. Bu, bizi ruhlandırır, özünəinamımızı daha artırır. Məncə, ən böyük çatışmazlığımız həlledici zərbəni vurmaq, son nöqtəni qoymaqla bağlıdır. Bu problemi aradan qaldırmağımız lazımdır. Məşqlərdə bunun üzərində çox çalışırıq.
- Bəlkə Ağdamda meydançanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması öz təsirini göstərib?
- Ola bilər. Fikrimcə, bu amil “Qarabağ”ın futbolçularına da mənfi təsir göstərir. Çünki rəqibdə də bizdə olduğu kimi, texnikalı futbolçular çoxdur. Qazonun yaxşı olmaması isə belə futbolçulara yaxşı oyun göstərməyə imkan vermir. “Qarabağ”ın futbolçuları topla yaxşı rəftar edirlər. Biz buna imkan verməməliyik. Çalışmalıyıq ki, top daha çox bizdə olsun. İstədiyimiz nəticəyə nail olmaq bundan çox asılıdır.
- Komandanızın əsas müdafiəçisi, eyni zamanda Rail Məlikovun “Qarabağ”la oyunda yoxluğu öz təsirini göstərəcəkmi?
- Bəli. Əlbəttə, Railin oynaması yaxşı olardı. Ancaq cəzalı olduğu üçün bu imkandan məhrumdur. Bizdə yaxşı müdafiəçilər var. Ümid edirəm ki, Məlikovun yoxluğunu hiss etdirməyəcəyik.
- Yeri gəlmişkən, əsas kapitanınız Zaur Tağızadə uzun müddətdir zədə ucbatından oynamır. Railin də yoxluğunda sarğını siz daşıyacaqsınız, yoxsa?
- “Qarabağ”la oyunda kapitanımızın kim olacağı hələ dəqiq bilinmir. Buna sabah, oyun ərəfəsində aydınlıq gələcək.
- Rəqibin hazırkı heyətində vaxtilə “Neftçi” oynayan futbolçular yer alıb. Onların keçmiş komandalarına qarşı böyük motivasiyasının olması işinizi çətinləşdirməyəcək ki?
- Əlbəttə, keçmiş komanda ilə görüş futbolçu üçün önəmlidir. Ancaq inanmıram ki, prinsipiallıq lap çox olsun. Məncə, elə “Qarabağ” – “Neftçi” oyunu böyük motivasiyadır. Rəqib də qələbə qazanmağı çox istəyir. Hər halda, onlara da 3 xal çox lazım olduğundan, bunu əldə etmək üçün meydanda bütün güclərini qoyacaqlar.
- “Neftçi” və “Xəzər-Lənkəran” arasındakı 6 illik derbidə daim iştirak etmisiniz. Özü də hər iki komandanın heyətində. Sizcə, “Neftçi” - “Qarabağ” derbisi bundan nə ilə fərqlənir?
- “Neftçi” - “Qarabağ” tarixi rəqabətdir. “Xəzər-Lənkəran” isə yaranandan sonra görüşlər daha çox diqqət mərkəzində oldu. İndi “Neftçi” ilə “Xəzər-Lənkəran”ın derbisi böyük maraq doğurur. Oyunlar zamanı böyük ajiotaj olur. Ancaq “Neftçi” ilə “Qarabağ”ın tarixi rəqabəti, bu iki komandanın bütün milli çempionatlarımızda iştirakı mübarizəyə əlavə rəng qatır. Bu derbi də maraqlı olmalıdır.
- “Qarabağ” ötən ilin mayından qayıtdığı Ağdamda hələ uduzmayıb. Sizcə, “Neftçi” bu baxımdan ilkə imza atıb, tarixə düşə biləcəkmi?
- Buna nail olmağı çox istəyirik. Quzanlı stadionundakı qələbə bizə hərtərəfli lazımdır. Yəni, təkcə “Qarabağ”ı Ağdamda məğlub edən ilk komanda kimi tarixə düşmək yox, eyni zamanda vacib qələbə ilə çempionluq marafondan geri qalmamaq fikrindəyik.

0
0