Torres: “İnter” düşünməsin ki, Qəbələdə bizi məğlub edəcək
09.04.2010 - 23:01
“Çətin görüş olacaq. “İnter” çempionatın ən güclü komandalarından biridir. Ancaq biz də zəif deyilik. Xüsusən, oyundan oyuna artırırıq. Rəqib düşünməsin ki, gəlib Qəbələdə bizi məğlub edəcək. Son qarşılaşmalarda əldə etdiyimiz nəticələri davam etdirməyə çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun argentinalı futbolçusu Kristian Torres deyib.
Komandasının son 3 oyunda aktivinə 7 xal yazdırdığını deyən 25 yaşlı yarımmüdafiəçi “İnter”lə bu günkü haqda danışarkən, diqqətli olmalarını vurğulayıb: “Diqqətli olmalıyıq və sonacan oyun nizam-intizamını itirməməliyik. Çünki buraxılacaq bir səhv bizə baha başa gələ bilər. Evdə oynayacağımızdan məğlub olmağa ixtiyarımız yoxdur. Xal itirsək, əvvəl qazandığımız xalların heç bir dəyəri olmaz. Ona görə də ancaq qələbə üçün mübarizə aparacağıq. Hesab edirəm ki, qələbəyə yaxın tərəf bizik”.
Qeyd edək ki, “Qəbələ” – “İnter” görüşü bu gün saat 16:00-da başlayacaq.

0
0