“Xəzər-Lənkəran” 5 ildir “Bakı”ya uduzmur
09.04.2010 - 18:11
Unibank Premyer Liqasının XXVII turunda “Xəzər-Lənkəran”ı qəbul edəcək “Bakı” klubunun rəqibinə qarşı sindromu var. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı təmsilçisi 5 ildir “Xəzər-Lənkəran”la çempionat oyunlarında qələbə nə olduğunu bilmir.
Aprelin 11-də üz-üzə gələcək rəqiblərin duellərində “Bakı” sonuncu dəfə 2005-ci ildə 3 xal qazanıb. O vaxtdan bəri keçən 1692 gün ərzində “Xəzər-Lənkəran” məğlubiyyət acısı dadmayıb. Bu müddətdə keçirilən 9 oyunda isə “ağ-yaşıllar” 3 qələbəyə sevinib, 6 oyun isə heç-heçə nəticələnib. Bir sözlə, Lənkəranlılar ölkə kuboku uğrunda keçirilən görüşləri nəzərə alınmamaqla, artıq 5 ildir qələbə sevinci yaşatmağı “zolaqlı” rəqiblə görüşür.
Mənbə: www.lankaranfc.com

0
0