Dik Advokat Rusiya yığmasını çalışdıra bilər
09.04.2010 - 19:12
Dik Advokat Rusiya yığmasını çalışdıra bilər
Qus Hiddinkin gedişindən sonra boş qalan Rusiya yığmasının baş məşqçisi vəzifəsinə “AZ Alkmar”ı və Belçika yığmasını çalışdıran Dik Advokat gətiriləcək. Apasport.az saytının “Sovetski Sport”a istinadən xəbərinə görə, 62 yaşlı mütəxəssis tezliklə keçən ilin mayında Belçika Futbol Federasiyası ilə bağladığı 2 illik müqavilənin ləğv olunması barəsində danışıqlara başlayacaq. Advokatın Rusiya yığmasındakı köməkçilərinin də adı artıq məlumdur. Ona yeni vəzifəsində Aleksandr Borodyuk və “Zenit”də bir yerdə çalışdığı Bert van Lingen kömək edəcəklər.