“Mançester Yunayted” Runini itirdi
09.04.2010 - 23:12
“Mançester Yunayted” Runini itirdi
Sabah İngiltərə Premyer Liqanın 34-cü turu çərçivəsində baş tutacaq “Blekbern” - “Mançester Yunayted” görüşündə ikincilərin hücumçusu Ueyn Runi iştirak edə bilməyəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Aleks Ferqyusson məlumat verib. Həftəiçi Çempionlar Liqasının 1/4 finalı çərçivəsində cavab görüşündə meydana çıxan forvardın zədəsinin tam sağalmadığı ortaya çıxıb.