Superliqanın braziliyalı futbolçusu öldü
10.04.2010 - 10:24
Qazaxıstan Superliqasında ölüm faktı baş verib. Apasport.az saytının məlumatına görə, “İrtış”ın braziliyalı futbolçusu Roberto de Jezus Daniel çempionatın 4-cü turunda “Kayrat”la ev oyunu öncəsi dünyasını dəyişib.
İsinmə hərəkətləri zamanı özünü pis hiss edən Robertoya həkimlər dərhal kömək edib. Bundan sonra futbolçu stadionda olan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb. İlk hissənin sonunda isə legionerin öldüyü məlum olub. Daniel cari mövsümdə “İrtış”ın heyətində 2-ci turda “Ordabası” ilə oyunda cəmi 33 dəqiqə meydanda olub.
Qeyd edək ki, Roberto Qazaxıstanda həyatdan köçən ikinci braziliyalı futbolçu olub. Buna qədər 2006-cı ildə “Şaxtyor”un hücumçusu Nilton Mendes vəfat etmişdi.

0
0