“İnter” yenə büdrədi, “Neftçi” yenə uduzdu - YENİLƏNİB
10.04.2010 - 16:52
Bu gün keçirilən dörd oyunla Unibank Premyer Liqasında XXVII tura start verilib. Apasport.az saytının xəbərinə görə, lider “İnter” ötən həftə olduğu kimi, yenə xal itkisinə məruz qalıb.
Qəbələdə eyni adlı komandanın qonağı olan bank təmsilçisi 61-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Robertas Poşkusun dəqiq zərbəsi ilə hesabı açan qonaqlar sonda qələbəni əldən veriblər. Son dəqiqələrdə baş hakim bu dəfə “İnter”in qapısına penalti zərbəsi təyin edib və meydan sahiblərinin heyətində Kənan Kərimov bərabərlik topunu vurub.
Günün ən maraqlı qarşılaşması Quzanlıda baş tutub. Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” arasındakı görüşdə meydan sahibləri qələbə qazanıb. Ağdam təmsilçisi Georgi Adamiya və Rauf Əliyevin qolları ilə bakılıları məğlub edərək, uğursuzluq zolağından çıxıb. “Neftçi” isə ötən tur olduğu kimi, yenə meydandan xalsız ayrılıb.
Digər iki qarşılaşma ikinci “altılıq”da baş tutub. “Muğan” “Olimpik-Şüvəlan”ı məğlub edərək, Premyer Liqada qalmaq üçün vacib 3 xal qazanıb. Salyan təmsilçisi kimi Sumqayıtın “Standard” klubu da turu qələbə ilə başa vurub. Böyükağa Hacıyevin komandası Zaqatalanın “Simurq” klubunu məğlub edib.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
10 aprel
16:00. “Qarabağ” – “Neftçi” - 2:0
QOLLAR: Georgi Adamiya, 48; Rauf Əliyev, 75
Ağdam. Quzanlı qəsəbə stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:0
16:00. “Qəbələ” – “İnter” - 1:1
QOLLAR: Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk mərhələdəki oyunlar – 2:3, 0:1
16:00. “Muğan” – “Olimpik-Şüvəlan” - 2:1
QOLLAR: Vüsal Hüseynov, 45; Fərrux İsmayılov, 53 - Anatoli Doroş, 57
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:1
16:00. “Standard” – “Simurq” - 3:1
QOLLAR: Vladimir Mazyar, 39; Fərid Quliyev, 49; Riçard Riqelme, 77 - Elşən Məmmədov, 47
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk mərhələdəki oyunlar – 1:2, 1:1
11 aprel
16:00. “Bakı” – “Xəzər-Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyunlar – 1:1, 0:3
16:00. “Turan” – “Karvan”
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyunlar – 2:1, 0:0
1. “İnter” 15 oyun 24 xal
2. “Xəzər-Lənkəran” 14 22
3. “Qarabağ” 15 19
4. “Bakı” 14 17
5. “Neftçi” 15 16
6. “Qəbələ” 15 15
-------------------
7. “Simurq” 15 26
8. “Olimpik-Şüvəlan” 15 25
9. “Turan” 14 20
10. “Muğan” 15 20
11. “Standard” 15 18
12. “Karvan” 14 9
Bombardir: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12

0
0