“Xəzər Lənkəran”la oyunda mütləq qələbə qazanmalıyıq”
10.04.2010 - 10:34
“Xəzər Lənkəran”la oyunda mütləq qələbə qazanmalıyıq”
“İnter”lə matçda üstün tərəf olsaq da, sonda yalnız 1 xalla kifayətlənməli olduq. Amma “Xəzər Lənkəran”la oyunda mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmov deyib.

Unibank Premyer Liqasının XXVII turunda “Xəzər-Lənkəran”la oyun öncəsi klubunun saytına açıqlama verən Məhərrəmov rəqibi də güclü olduğunu düşünür: “Düzdür, rəqibimiz güclüdür. Amma “Bakı”nın zəif olduğunu düşünənlər də yanılırlar. Bizi çempionluq mübarizəsindən silənlər səhvə yol veriblər. “Xəzər Lənkəran”la oyunda uğur qazanmaqla, iddiamızı sübut edəcəyik. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”.