Mahir Şükürova mesaj: Yaxşı oynasan, heyətə düşəcəksən
10.04.2010 - 11:41
“Əgər futbolçu yaxşı oynayırsa, heyətə qoyacağam. Onun dağıstanlı olub-olmamağı vacib deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun yeni baş məşqçisi Hacı Hacıyev deyib.
Mahaçqala təmsilçisində forma geyinən həmyerlimiz Mahir Şükürov Rusiya Premyer Liqasının II turunda qırmızı vərəqə alıb cəzalanandan sonra əsas heyətdə yerini itirib. Hacıyev isə komandada ayrı-seçkilik etmək fikrində olmadığı bildirib. Təcrübəli dağıstanlı mütəxəssis Şükürov daxil olmaqla, yetirmələrinə mesaj göndərib: “Yaxşı futbolçuya heyətdə yer verəcəyəm. Komandamda milliyyətindən asılı olmayaraq, peşəkarlar oynayır. İstənilən halda, bizim respublikada böyüyən futbolçulara diqqətlə yanaşmaq lazımdır. Misal üçün, Lahiyalov və Asildarov indi digər klublarda oynayır. Axı onlar ciddi futbolçulardır. Başa düşün, öz yetirmələrimiz nə qədər çox olsa, onda bir o qədər az legioner cəlb etməli olacağıq. Ancaq təbii ki, heyətə dağıstanlı futbolçuları süni şəkildə soxmaq niyyətində deyiləm. İndi həqiqətən də vəzifəmiz Premyer Liqada yerimizi qorumaqdır. Hərçənd, əgər futbolçular çempionatın gedişində özlərində inam hiss etsələr, onda qarşımıza daha yüksək məqsəd qoya bilərik. O başqa məsələ ki, qarşıya yüksək yerləri tutmaq qoymaq olmaz”.

0
0