Şahin Diniyevin yaxşı və pis xatirələri
10.04.2010 - 12:25
Şahin Diniyevin yaxşı və pis xatirələri
Rusiya mətbuatında Premyer Liqa klublarının baş məşqçi köməkçiləri ilə bağlı yazı dərc olunub. Apasport.az saytının məlumatına görə, adətən kölgədə qalan köməkçilərlə bağlı ədalətsizliyi aradan qaldırmağı özünə borc bilən rusiyalı həmkarımız milli komandamızın sabiq çalışdırıcı Şahin Diniyevə də yer ayırıb.

Məlum olduğu kimi, Diniyev Qroznının “Terek” klubunda baş məşqçi Anatoli Baydaçnının əsas köməkçisidir. 44 yaşlı məşqçinin keçdiyi yola qısa nəzərə salınan zaman “Terek”ə bağlılığı ön plana çəkilib: “Şahin Diniyev “Terek”lə çox xatirələri var. Bunlar həm yaxşı, həm də pisdir. O, bu klubda müxtəlif vəzifələrdə çalışıb. Diniyev 1990-cı ilin əvvəlində Qroznıda az müddətdə oynayıb, yarımmüdafiəçi olub. Ancaq Çeçenistan Respublikasında döyüşlər başlayandan sonra İsrailə köçüb. 2001-ci ildə təklif alan Diniyev yenidən Terek sahilinə baş çəkib. Onun bura üçüncü səfəri də olub. Bu, Azərbaycan yığmasında bir neçə il fəaliyyətdən sonra ötən il baş verib.

Həmin vaxtdan Diniyev həm gənclər heyətinə rəhbərlik edib, həm də Vyaçeslav Qroznının istefasından sonra əsas komandada baş məşqçi vəzifəsini icra edib. Diniyev ötən qış isə bu vəzifəni Anatoli Baydaçnıya təhvil, o da öz növbəsində sələfinə böyük məşqçi səlahiyyətlərini verdi”.