Qurban Qurbanov: Adamiya hələ optimal formada deyil
10.04.2010 - 17:33
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” üzərində qazanılan qələbədən şad olduğunu söyləyib. Apasport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov futbolçularının qarşılaşmada sonadək mübarizə apardıqlarını deyib. Matçın qəhrəmanı olan gürcüstanlı Georgi Adamiya ilə bağlı gənc çalışdırıcı bunları söyləyib: “Adamiya əvvəl qol vursa da, bu, komandamızın qələbəsinə kifayət etmirdi. Sevinirəm ki, bu gün Adamiya həm qol vurdu, həm də digər qolun ötürməsini verdi. Amma hesab edirəm ki, bu, hələ başlanğıcdır. Adamiya hələ optimal formada deyil”.
Xatırladaq ki, Unibank Premyer Liqasının final mərhələsində buna qədər keçirdiyi dörd oyunda bir dəfə də olsun qələbə qazana bilməyən “Qarabağ”, nəhayət, əzəli rəqibi “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

0
0